
“Qazaxıstanın İsveçrədə keçiriləcək Ukrayna sammitində iştirakı ilə bağlı məlumat yoxdur”.
Gununsesi.info TASS-a istinadən xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Aybek Smadiyarov bildirib.
Məlumata əsasən İsveçrə hökuməti “sülh sammitinə” 160-dan çox ölkədən nümayəndə heyətinin dəvət edildiyini bildirib. Konfrans son aylarda aparılan müzakirələrə əsaslanacaq. Xüsusilə, Ukrayna lideri Vladimir Zelenskinin “sülh formulu” müzakirə olunacaq.
Qeyd edək ki, daha əvvəl Smadiyarov bildirmişdi ki, Qazaxıstan Zelenskinin “sülh formulası” üzrə sammitdə iştirak etməyi nəzərdən keçirəcək.
Onun sözlərinə görə, Qazaxıstan tərəfi həmişə bütün ölkələrin suverenliyini və ərazi bütövlüyünü qorumaq mövqeyindən çıxış edib.
Gununsesi.info