“Qazaxıstan xalqından incimişəm” – Ramzan Kadırov

Çeçenistan başçısı Ramzan Kadırov Qazaxıstandakı etirazların iştirakçılarına müraciət edərək, onları öz gələcəkləri naminə dayanmağa çağırıb.

Gununsesi.info xəbər verir ki, o, bütün dünya ölkələrinin, hətta Qərbin də öz problemlərinin olduğunu deyib.

HTML tutorial

Kadırovun sözlərinə görə, etirazlardan sonra qazaxıstanlılar əvvəlkindən də pis durumla üzləşə bilərlər: “Əziz qazax qardaş və bacılar, dayanın. Uca Allaha and olsun ki, bu, xeyirə aparmayacaq”.

Çeçenistan rəhbərinin sözlərinə görə, qazın hazırkı bahalaşması sabah Qazaxıstan üçün daha az problem ola bilər: “Amma indi olanlara görə sabah xarabalıqda yaşaya bilərsən. Atdığınız bu addımlar və buna davam etmək səhvdir”.

Kadırov əlavə edib: “Yandırmaq, məhv etmək, qəsb etmək nəyə lazımdır?”.

O, Qazaxıstandan – qardaş xalqdan incidiyini deyib.

Gununsesi.info