Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) üzvlüyünü dayandırmaq üçün heç bir hüquqi addım atmayıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko bildirib.
“Biz Ermənistanın KTMT-də iştirakını dayandırması ilə bağlı bəyanatını de-fakto görürük. Bildiyimə görə, Ermənistan KTMT-də üzvlüyünü dayandırmaq üçün heç bir hüquqi addım atmayıb. Yəni de-yure Ermənistan KTMT-dəki üzvlüyünü dayandırmır”, – deyə Vasilenko bildirib.
Nazir müavini qeyd edib ki, KTMT ölkələrdən biri çıxdıqdan sonra da mövcudluğunu davam etdirəcək. O əlavə edib ki, KTMT Qazaxıstanın təhlükəsizliyi üçün mühüm rol oynayır.
Ötən gün Ermənistanın baş naziri Nikol Paşinyan deyib ki, “KTMT təhlükəsizlik sahəsində Ermənistan qarşısında öhdəliklərini yerinə yetirmək əvəzinə”, əksinə, bu sahədə ona problemlər yaradır.
Gununsesi.info