Qazaxıstana yeni baş nazir təyin OLUNDU

Qazaxıstan parlamenti Əlixan Smailovu ölkənin Baş naziri vəzifəsinə təsdiqləyib.

Gununsesi.info xəbər verir ki, onun lehinə 89 deputat səs verib.

HTML tutorial

Qeyd edək ki, Smailov 2015-2018-ci illərdə Qazaxıstan prezidentinin köməkçisi vəzifəsində çalışıb. 2018-ci ilin sentyabrından 2019-cu ilin fevralına qədər maliyyə naziri olub. 2019-cu il fevralın 25-də Qazaxıstan Baş nazirinin birinci müavini – maliyyə naziri təyin edilib. 2021-ci il yanvarın 18-də o, yenidən Qazaxıstan Baş nazirinin birinci müavini – maliyyə naziri vəzifəsinə təyin edilib.

Gununsesi.info