Qazaxıstanda əsas messencerlər işləmir - ETİRAZLARA GÖRƏ

  • By admin
  • 04 Yanvar 2022 22:38

Qazaxıstanda əsas messencerlər olan “Telegram”, “WhatsApp” və “Signal”işləmir.

Gununsesi.info xəbər verir ki, sosial şəbəkələr yerli vaxtla təxminən saat 22.00-da fəaliyyətini dayandırıb. Bundan başqa, Almatıda mobil internet işləmir.

HTML tutorial

Son məlumata görə, ölkədəki etirazlara Taraz və Janaozen sakinləri də qoşulub.

Həmçinin, Qazaxıstanın mobil operatoru Kcell rabitədə yaranan fasilələri “təhlükəsizliyi təmin etmək üçün səlahiyyətli orqanların tədbirləri” ilə izah edib.

Bundan əlavə, “Beeline Kazakhstan” mobil operatoru mobil internet xidmətlərinin göstərilməsinə məhdudiyyətlər barədə “Twitter”də məlumat yayıb. Bildirilib ki, “operatordan asılı olmayan səbəblərə görə” istifadəçilər üçün narahatlıq yarana bilər.

Qeyd edək ki, Kazaxıstanın müxtəlif şəhərlərində etirazlar hələ də davam edir.

 

 

Gununsesi.info