Qazaxıstanda 12 yük vaqonu relsdən çıxıb

  • By admin
  • 07 Noyabr 2016 21:56

441704

 

Qazaxıstanda Almatı-Otar dəmiryolu xəttində 12 yük vaqonu relsdən çıxıb.

Gununsesi.info Qazaxıstan KİV-inə istinadən xəbər verir ki, hadisə Almatının Saz dəmiryol stansiyası yaxınlığında baş verib.

Məlumata görə, vaqonların resdən çıxması nəticəsində 8 sərnişin qatarının hərəkəti təxirə salınıb.

Qəzanın başvermə səbəbini araşdırmaq üçün komissiya yaradılıb.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

 

Gununsesi.info