Qazaxıstanda ağır qəza: ölən və yaralananlar var

Qazaxıstanın Karaqanda vilayətində mikroavtobusla yük maşınının toqquşması nəticəsində 8 nəfər ölüb, 9 nəfər yaralanıb.

Gununsesi.info xəbər verir ki, bu barədə TASS regional polis idarəsinin mətbuat xidmətinə istinadən məlumat yayıb.

HTML tutorial

“Almatı-Yekaterinburq yolunda “MAN” markalı yük maşını salonunda 17 nəfərin olduğu “Mercedes Sprinter” markalı sərnişin mikroavtobusu ilə toqquşub. Mikroavtobus Almatıdan Karaqandaya gedirmiş”, – polis idarəsindən bildiriblər.

Məlumata görə, hadisəyə səbəb mikroavtobusun sürücüsünün sükan arxasında yuxulaması olub.

Gununsesi.info