Qazaxıstanda bankların fəaliyyəti dayandırıldı

  • By admin
  • 06 Yanvar 2022 10:11

Qazaxıstanda bütün maliyyə institutlarının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Milli Bankın mətbuat katibi Oljas Ramazanov “Xəbər 24” telekanalının efirində bildirib.

“Yanvarın 6-dan bütün ikinci dərəcəli bankların və Qazaxıstan birjasının işi dayandırılacaq”, – Ramazanov qeyd edib.

O bildirib ki, bu barədə qərar Milli Bank və Maliyyə Bazarının Tənzimlənməsi və İnkişafı Agentliyi tərəfindən internetin müvəqqəti sıradan çıxması nəzərə alınmaqla, eləcə də maliyyə qurumlarının əməkdaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə qəbul edilib.

“Sputnik Qazaxıstan” isə yazır ki, “Halyk Bank”ın Nur-Sultandakı filialında böyük növbə yaranıb. Digər banklar bağlandığı üçün insanlar oradan pulları dəstə-dəstə çıxarırlar. İnternet olmadığından mağazalarda nağdsız ödəniş də yoxdur.

Gununsesi.info