Qazaxıstanda deputatların, dövlət məmurlarının maaşları 5 il artırılmayacaq - TOKAYEVDƏN YENİ QƏRAR

  • By admin
  • 01 Fevral 2022 17:44

Qazaxıstanda rəsmi olaraq deputatların, vilayət valilərinin və dövlət məmurlarının maaşlarının artırılması 5 illik müddətə dondurulub.

Gununsesi.info-nun “Moskovskiy komsomolets” qəzetinə istinadən verdiyi xəbərə görə, bu barədə Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, “parlament deputatlarının, hökumət məmurlarının və akimlərin (şəhər merləri, vilayət başçıları) maaşlarının artırılmasına moratoriumun tətbiqi haqqında” qərar qəbul edilib.

Bu qadağa beş il qüvvədə olacaq.

Bundan əvvəl Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev nazirlərin və müavinlərin maaşlarının artırılmasına 5 illik moratoriumun tətbiqi ilə bağlı göstəriş verib.

 

 

Gununsesi.info