Qazaxıstanda 2023-cü ildə dövlət qurumlarının resurslarına və ölkənin strateji əhəmiyyətli infrastruktur obyektlərinə 86,3 milyon kiberhücum dəf edilib.
Gununsesi.info bildirir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayevlə görüşündə Milli Təhlükəsizlik Komitəsinin sədri Ermek Saqimbayev məlumat verib.
Saqimbayev bildirib ki, ötən il Milli Təhlükəsizlik Komitəsinin bölmələri ilkin mərhələdə ölkədə 2 terror aktının və xarici dövlətlərin ərazisində xarici kəşfiyyat xidmətləri ilə birgə 3 aksiyanın qarşısını alıb.
“Milli Təhlükəsizlik Komitəsinin texniki bölmələri ölkənin dövlət qurumlarının resurslarına və strateji əhəmiyyətli infrastruktur obyektlərinə 86,3 milyon kiberhücum və 2156 DDoS hücumunu dəf edib”, – Saqimbayev bildirib.
Onun sözlərinə görə, dövlət sərhədinin mühafizəsi sahəsində 31 mindən çox qanun pozucusu saxlanılıb, 739 qaçaqmalçılıq yolu ilə silah, sursat və narkotik vasitələrin keçirilməsinə cəhdin, o cümlədən 11,7 milyard tenge dəyərində valyuta və qızılın və 12,6 milyard tenge dəyərində malın keçirilməsinin qarşısı alınıb.
Gununsesi.info