Qazaxıstanda fövqəladə vəziyyət ləğv edildi

  • By admin
  • 12 Yanvar 2018 12:54

Ötən gün əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq Qazaxıstanın Astana vilayətində elan edilən fövqəladə vəziyyət ləğv edilib. 

Gununsesi.info-nun trend-ə istinadən verdiyi məlumata görə, Astana merinin mətbuat katibi Elvira Jurqenbayeva bu barədə brifinqdə bildirib.

Mətbuat katibinin sözlərinə görə, əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq fövqəladə vəziyyət yalnız 1 günlük elan edilmişdi.

Qeyd edək ki, ötən gün Astanada güclü külək və qar həyatı iflic etmişdi – eeroportda reyslər təxirə salınmış, məktəblərdə dərslər dayandırılmışdı.

Gununsesi.info