Qar fırtınası ilə əlaqədar Qazaxıstanın Cambıl vilayətində fövqəladə vəziyyət elan edilib.
Gununsesi.info xəbər verir ki, fırtına nəticəsində respublika əhəmiyyətli avtomobil yolları bağlanıb və insanların istilik məntəqələrinə təxliyyəsi üçün xilasetmə işləri aparılır.
Təbii fəlakət nəticəsində 11 sərnişin qatarı dayanıb, 32 rayon yaşayış məntəqəsində 9 minə yaxın abonent işıqsız qalıb.
Gununsesi.info