Qazaxıstanda general intihar etdi

  • By admin
  • 10 Yanvar 2022 11:10

Qazaxıstanda general Janat Süleymanov intihar edib.

Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, general Cambul vilayətinin Polis Departamentinin rəisi olub.

Bölgənin Polis Departamentinin Mətbuat xidməti intihar xəbərini təsdiq edib.

Məlumata görə, Qazaxıstanın Taraz şəhərində iğtişaşlardan sonra Janat Süleymanov barəsində cinayət işi başlanılıb. Süleymanov 2020-ci ilin fevralından etibarən Cambul vilayətinin Polis departamentinin rəisi vəzifəsini icra edib.

Gununsesi.info