Qazaxıstanda iğtişaşlar zamanı məşhur rejissor öldürülüb - FOTO

  • By admin
  • 07 Yanvar 2022 18:38

Məşhur qazaxıstanlı rejissor və operator Saken Bitayev ötən gecə Qazaxıstanın Almatı şəhərində iğtişaşlar zamanı öldürülüb.

Gununsesi.info xəbər verir ki, bu barədə onun dostu, jurnalist Daniyar Adilbekov “Facebook”da yazıb.

Həmin vaxt Bitayevin yanında olan yoldaşının sözlərinə görə, iğtişaşçılar onların oturduqları avtomobilə yaxınlaşaraq onu ələ keçirməyə cəhd ediblər. S.Bitayev sərnişin oturacağında oturub, avtomobil qəfil hərəkət etməyə başlayanda, cinayətkarların atdığı güllələrdən biri onun ağ ciyərinə dəyib.

Kişi təcili yardım briqadası gələnə qədər ölüb.

D.Adilbekov qeyd edir ki, mərhum ən istedadlı rejissorlardan biri, qazax hip-hopunun “atası”, “Salamalec soundu”n yaradıcısı olub.

Qohumların qatilləri tapmağa ümidləri yoxdur.

“Sakenin valideynləri onu evə apara bilmir. Çünki ölümü sənədləşdirmək üçün kifayət qədər polis yoxdur. Günahkarlar da tapılmayıb. Və məncə, onları çətin ki, tapalar”, – deyə jurnalist qeyd edib.

 

Gununsesi.info