
Qazaxıstanda iğtişaşlar zamanı ölənlərin sayı 164-ə çatıb.
Gununsesi.info xəbər verir ki, bu barədə bazar günü “Xabar-24” telekanalı ölkənin Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.
Səhiyyə Nazirliyinin məlumatına görə, Qazaxıstanda iğtişaşlar başlayandan indiyədək Qızılorda vilayətində 21, Cambil vilayətində 10, Almatı şəhərində 103 nəfər ölüb. Ata rayonunda isə 8 nəfər həlak olub.
Gununsesi.info