Qazaxıstanda iğtişaşlar zamanı vurulan maddi ziyanın həcmi açıqlanıb

  • By admin
  • 06 Yanvar 2022 19:17

Qazaxıstanda iğtişaşlar zamanı vurulan maddi ziyanın həcmi ilkin hesablamalara əsasən 92,5 milyon dollara yaxındır.

Gununsesi.info bu barədə Qazaxıstanın Milli Sahibkarlar Palatasına istinadən məlumat verir.

Qeyd olunur ki, təkcə Almatı şəhərinə vurulan ziyaın həcmi 91,4 milyon dollara çatır.

Maddi ziyan, əsasən, ticarət, ictimai iaşə, nəqliyyat, xidmətlər və maliyyə sektoruna vurulub. Almatıda 6 silah mağazası qarət edilib.

 

 

Gununsesi.info