Qazaxıstanda mədənin çökməsi ilə əlaqədar xüsusi komissiya yaradılıb

  • By Günel
  • 18 Fevral 2025 08:09

Qazaxıstan Baş naziri Oljas Bektenovun tapşırığı ilə Ulıtau vilayətində mədənin çökməsi səbəblərinin araşdırılması və zərərçəkənlərə yardım göstərilməsi üçün xüsusi komissiya yaradılıb.

Gununsesi.info bildirir ki, bu barədə “Report” Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadən xəbər verir.

Məlumata görə, komissiyaya Baş nazirin müavini Kanat Bozumbayev rəhbərlik edir.

“Ona dövlət orqanları və təşkilatlarının işini əlaqələndirmək üçün dərhal fövqəladə hadisə yerinə getmək tapşırılıb”, – məlumatda qeyd olunub.

Xatırladaq ki, Qazaxıstanın Ulıtau vilayətində “Jomart” mədənində dağ kütləsinin uçması baş vermiş, yeddi mədənçi uçqun altında qalmışdı. Daha sonra Qazaxıstan FHN-nin xilasediciləri altı şaxtaçının meyitini çıxarmışdı, yeddincinin axtarışları davam edir.

Gununsesi.info