Qazaxıstanda məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb, ölən var

  • By ilhame
  • 05 Fevral 2024 20:15

Qazaxıstanda məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb.

 

Gununsesi.info xəbər verir ki, hadisə Akmola vilayətində baş verib.

Sürücü ötmə zamanı qarşıdan gələn zolağa çıxıb və minik avtomobili ilə toqquşub.

 

Qəza zamanı mikroavtobusun 62 yaşlı sürücüsü hadisə yerində ölüb.

 

Hadisədə 15 nəfər xəsarət alıb.

Gununsesi.info