Qazaxıstanda məşhur avtoritet “Dikiy Arman” saxlanıldı - VİDEO

Almatıda mütəşəkkil cinayətkar qrupun üzvü olduğu ehtimal edilən 6 nəfər saxlanılıb.

Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatında bildirilib.

HTML tutorial

Xəbərdə deyilir ki, saxlanılanlardan biri tanınmış avtoritetdir.

““Dikiy Arman”ın başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstənin 6 üzvü Almatı polis idarəsi tərəfindən keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb”, – rəsmi məlumatda deyilir.

Saxlanılan şəxslərdən müxtəlif markalı və kalibrli 4 ədəd yarımavtomat tapança, döyüş sursatı, kəsici-deşici silahlar və 1 zirehli maşın götürülüb.
RİA Novosti-nin məlumatında “Dikiy Arman” ləqəbi ilə tanınan avtoritetin kütləvi iğtişaşlarla bağlı saxlanıldığı bildirilib.

Xatırladaq ki, sosial şəbəkələrdə yayılmış videolarda “Dikiy Arman”ın kütlə qarşısında çıxış etdiyi əks olunub.

Onu da qeyd edək ki, adıçəkilən şəxs son olaylardan sonra Türkiyədən Qazaxıstana gəlib.

Gununsesi.info