Qazaxıstanda metallurgiya mədənində partlayış: Ölənlərin sayı 28 nəfərə çatdı – YENİLƏNİB

Qazaxıstanın Karaqanda vilayətində baş vermiş mədən qəzası nəticəsində ölənlərin sayı 28 nəfərə çatıb.
Gununsesi.info verir ki, bu barədə Qazaxıstanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, daha 18 şaxtaçının axtarışları davam etdirilir.
***11:37

Qazaxıstanın Karaqanda vilayətində şaxtada baş vermiş qəza nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Gununsesi.info “Kazinform”a istinadən xəbər verir ki, bu barədə  “ArcelorMittal Temirtau” ASC-nin icraçı direktoru Viktor Qafiulov bildirib.

Kostenko şaxtasında partlayış oktyabrın 28-də saat 02:33-də baş verib. Qəza zamanı mədəndə 252 nəfər olub. Hadisə yerinə gələn xilasedicilər 205 şaxtaçını çıxarıblar. 18 nəfər müxtəlif dərəcəli ağırlıqlarla xəstəxanaya çatdırılıb.

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev mədəndə baş vermiş yanğın nəticəsində həlak olan mədənçilərin ailələrinə və yaxınlarına başsağlığı verib.

Dövlət başçısı mədənçilərin ailələrinə hər cür yardımın göstərilməsi ilə bağlı hökumətə tapşırıq verib.

Hökumətə “ArcelorMittal Temirtau” ilə investisiya əməkdaşlığını dayandırmaq tapşırılıb.

Tokayevin tapşırığına əsasən, Qazaxıstanın baş naziri Əlixan Smailovun sədrliyi ilə Karaqanda vilayətində şaxtada baş vermiş qəzanın səbəblərini araşdırmaq və nəticələrini aradan qaldırmaq üçün hökumət komissiyası yaradılıb.

Gununsesi.info