Qazaxıstanda Milli Təhlükəsizlik Komitəsi sədrinin iki müavini işdən çıxarılıb

  • By admin
  • 09 Yanvar 2022 21:11

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkənin Milli Təhlükəsizlik Komitəsi (MTK) rəhbərinin iki müavinini dəyişib.

Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstanın dövlət başçısı müvafiq sərəncamlar imzalayıb.

HTML tutorial

Bildirilir ki, MTK sədrinin müavinləri Osipov Marat Saparoviç və Erqojin Daulet Ediloviç tutduqları vəzifələrdən azad ediliblər.

Prezidentin fərmanı ilə Bakıtbek Jamalbekoviç Kosjanov və Askar Baymerdenoviç Amerxanov MTK rəhbərinin yeni müavinləri təyin ediliblər.

Qeyd edək ki, yanvarın 5-də Milli Təhlükəsizlik Komitəsinin sədri, general-leytenant Kərim Məsimov vəzifəsindən azad edilib. O, dövlətə xəyanətdə ittiham edilərək saxlanılıb. Saxlanılan K.Məsimov Təhlükəsizlik Şurasının yanvarın 5-də keçirilmiş iclasında iştirak edib.

Həmin vaxt o hələ MTK-nın sədri olub. İclasdan sonra Məsimov istefaya göndərilib. MTK-ya yeni rəhbər Yermek Sagimbayev təyin olunub.

Məsimov iki dəfə Qazaxıstanın baş naziri (2007 -2012, 2014 – 2016), eləcə də ölkənin keçmiş prezidenti Nursultan Nazarbayevin köməkçisi (2003-2006) olub. Həmçinin Prezident Administrasiyasına da başçılıq edib (2012-2014).

 

Gununsesi.info