
Qazaxıstan Məclisinin (parlamentin aşağı palatası) deputatı Ermurat Bapi 2030-cu ildə müharibə riskləri barədə xəbərdarlıq edərək, ölkənin müdafiə xərclərini qeyri-kafi adlandırıb.
Gununsesi.info xəbər verir ki, bu barədə Orda.kz bildirir.
Deputat hesab edir ki, Milli İqtisadiyyat Nazirliyinin tərtib etdiyi 2025-2027-ci illər üçün büdcə layihəsində müdafiə sektoruna çox az xərclər daxildir: “Ukraynada baş verənlərlə müqayisədə müdafiə üçünçox az pul ayrılıb”.
Öz növbəsində müdafiə nazirinin müavini Əsgər Beysenov bildirib ki, 2025-ci ildə hərbi ehtiyaclar üçün ÜDM-in 0,68 faizi ayrılıb. Lakin deputatın fikrincə, bu kifayət deyil.
Bir müddət əvvəl Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə hücumunu şərh edərkən üçüncü dünya müharibəsi təhlükəsini açıqlamışdı.
Onun fikrincə, qlobal münaqişə indi həmişəkindən daha yaxındır.
Gununsesi.info