Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir

Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilir.

Gununsesi.info xəbər verir ki, seçki məntəqələri yerli vaxtla saat 07.00-da açılıb, saat 20.00-da bağlanacaq.

HTML tutorial

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev də artıq paytaxtda Məktəblilər Sarayında yerləşən seçki məntəqəsində səs verib.

Qazaxıstan Mərkəzi Seçki Komissiyası yerli vaxtla saat 10.00-a seçici fəallığının 23,37 faiz olduğunu açıqlayıb.

Qeyd edək ki, hazırkı dövlət başçısı Kasım-Jomart Tokayev də daxil olmaqla, prezident kürsüsü uğrunda 6 namizəd mübarizə aparır.

Gununsesi.info