Qazaxıstanda ölən, yaralı və həbs edilənlərin sayı

  • By admin
  • 18 Yanvar 2022 23:43

Qazaxıstanda xalqın hökumətə.üsyanı. zamanı 4,5 mindən çox insan xəsarət alıb, morqlara 225 meyit gətirilib.

Gununsesi.info xəbər verir ki, bunu Qazaxıstan Baş Prokurorluğunun cinayət təqibi xidmətinin rəisi Serik Şalabayev bildirib.

Onun sözlərinə görə, ölənlər arasında 19 polis və hərbçi olub.

Qazaxıstan Səhiyyə Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ölən 225 nəfərdən 175-i tibb müəssisələrində vəfat edib. Etirazlarda 12 mindən çox insan həbs edilib.

Elmar

Gununsesi.info