Qazaxıstanda ölənlərin yeni sayı açıqlandı

  • By admin
  • 09 Yanvar 2022 16:39

Qazaxıstanda iğtişaşlar zamanı 164 nəfər insan həlak olub.

Gununsesi.info xəbər verir ki, bu barədə ölkənin “Xəbər-24” telekanalı Səhiyyə Nazirliyinə istinadən məlumat yayıb.

Səhiyyə Nazirliyinin məlumatına görə, yanvar ayında Qazaxıstanda iğtişaşlar başlayandan bəri Alma-Ata şəhərində 103 nəfər ölüb. Qızılorda vilayətində – 21 nəfər, Jambil vilayətində – 10 nəfər, Alma-Ata bölgəsində isə səkkiz nəfər ölüb.

Gununsesi.info