
Almatı şəhərində polis onlarla etirazçını saxlayıb.
Gununsesiaz.info-nun “Vlast” portalına istinadən məlumatına görə, bu gün “Astana” meydanında Qazaxıstanın Demokratik Partiyası fəallarının, eləcə də ekstremist “Qazaxıstanın Demokratik Seçimi” təşkilatının tərəfdarlarının mitinqi keçirilməli imiş.
Müxtəlif məlumatlara əsasən, ümumilikdə 50-dən 70-dək etirazçı saxlanılıb. Nəticədə meydana Demokratik Partiyanın yalnız kiçik qrupu gəlib çıxa bilib.
Gununsesiaz.info