Qazaxıstanda qazın qiymətini əsassız qaldıran 6 şirkətə cinayət işi açılıb

  • By admin
  • 07 Yanvar 2022 13:08

Qazaxıstanda qazın topdansatışı ilə məşğul olan 6 şirkətə, o cümlədən “KazMunayQaz”, “Aktobe MunayQaz”, “KazqerMunayQaz”, “Kazaxoyl Aktobe”yə qarşı cinayət işi başlanılıb.

Gununsesi.info  “Sputnik Kazaxıstan”a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Rəqabətin və İnkişafın Mühafizəsi Agentliyi məlumat yayıb.

HTML tutorial

Bildirilib ki, maye qazın iri satıcılarının hərəkətlərində bu yanacağın qiymətinin bahalaşdırılmasına dair sövdələşmə əlamətləri aşkar edilib.

Gununsesi.info