Qazaxıstanda “Bek Air” aviaşirkətinə məxsus sərnişin təyyarəsi qəzaya uğrayıb.
Gununsesi.org Qafqazinfo”-ya istinadən xəbər verir ki, Alma-Atı hava limanından qalxan layner qısa müddət sonra hündürlük məsafəsini itirib və beton səddin üstündən keçərək ikimərtəbəli binaya çırpılıb. Azı 7 nəfər ölüb. Təyyarənin göyərtəsində 95 sərnişin, 5 heyət üzvü olub.
Hadisə yerinə xilasedicilər, təcili yardım maşınları göndərilib.
***
Qəzada ölənlərin sayı 9 nəfərə çatıb. Onlardan 6-sı uşaqdır.
***
“RİA Novosti” xəbər verir ki, qəzada ölənlərin sayı artaraq 14 nəfər olub. 35 nəfər isə yaralanıb.