Qazaxıstanda təyyarə qəzaya düşdü – Göyərtədəki 5 nəfər öldü

  • By admin
  • 03 Oktyabr 2017 23:00

1506120296
Qazaxıstanda “An-28” tipli təyyarə qəzaya düşüb.

Gununsesi.info-nun verdiyi məlumata görə, radarlardan itən təyyarə Alma-Atı yaxınlığında qəza törədib. Bu barədə ölkənin Fövqəladə Hallar üzrə Komissiyasının rəsmi nümayəndəsi Ruslan İmankulov bildirib.

Onun sözlərinə görə, təyyarənin göyərtəsində olan 5 nəfər həlak olub.

Təyyarənin birinci pilotu Qırğızıstan, ikinci pilotu isə Qazaxıstan vətəndaşı olub.

Bundan əlavə, göyərtədə iki tibb işçisi- professor, ginekoloq Talqat Patsayev və həkim-reanimatoloq Janibek Artıkbayev olub. Onlar ağır vəziyyətdə olan xəstəyə kömək etməli imişlər.

 

Gununsesi.info