Qazaxıstanda UNO-ların göründükləri yerlərin xəritəsi tərtib edildi - FOTOLAR

  • By admin
  • 22 Sentyabr 2019 19:03

Gununsesi.org xəbər verir ki, 1960-cı ildən bu yana Qazaxıstanda uçan naməlum obyektin (UNO) göründüyü ərazilərin xəritəsi dərc edilib. Belə ki, “Kosmopoisk” qrupu UNO-nun iki minə yaxın şahidlərinin ifadəsini və şəkillərini cəmləşdirən ufoseti.org onlayn xəritə tərtib etməklə ilkə imza atıb.

Onlayn xəritənı hazırlayan mütəxəssislər hesab edir ki, Qazaxıstanda UNO-lar üçün ən cəlbedici bölgə Mərkəzi Qazaxıstan ərazisidir.

HTML tutorial

Şahidlərin dedikləri və digər təfərrütlara görə, son illər Jezkazqanda bu tip hadisələrə daha çox rast gəlinib. Belə ki, dörd il əvvəl Yaroslav Lekarev Jezkazqan yaxınlığında kənd yolu boyunca qaçan bir varlıq görüb. Qeyri-adi varlığın boyu təxminən 2,5 metr olub. Bu bölgədə yadplanetlilərin qalmasına dair başqa dəlillər də var.

Jezkazqan bölgəsində UNO ilk dəfə 1964-cü ildə müşahidə edilib. Müəllim Nikolay Kvitko itilə gecə gəzintisində olarkən göydə futbol meydançası ölçüsündə ərazini işıqlandıran parlaq bir şüa görüb. Nikolayın iti bərq vuran parlaq obyektə doğru qaçsa da, UNO anidən yoxa çıxıb.

1977-ci ildə də Turqay Vilayətinin Razdolnoye qəsəbəsinin sakinləri səmada sanki asılmış cisim müşahidə ediblər. Bu uçan aparat sanki bütün kəndi işıqlandırırmış. Daha sonra Razdolnoyedə yaşayan İvan Perepelitsa “Görünməz-İnanılmaz” verilişinin müəlliflərinə hadisə barədə məktub yazıb və bu hadisə sonralar bütün dünyada məşhurlaşıb.

Ancaq Qazaxıstanda UNO ilə bağlı bəlkə də ən məşhur hadisə 2017-ci ilin fevral ayında baş verib. Belə ki, naməlum obyekt “Şimal İşıqları” göydələni üzərində hərəkət edərkən ətrafda olan insanların diqqətini özünə cəlb edib. Yoldan keçənlər də binanın üzərində işıqlı cismi açıq-aydın görüblər.

Digər bir hadisə və daha yadda qalanı isə Buxtarma sakini Olqa Şmakovanın çəkdiyi şəkillərdə əks olunub. 2017-ci ilin iyulunda yaşıl işıqları olan sirli bir cisim göründüyü zaman Olqa onun fotosunu çəkməyə macal tapıb. Bu zaman UNO Buxtarma Su Anbarının üstündən keçirmiş. Olqanın dediyinə görə, bundan bir müddət əvvəl isə həmin yerdə şimşək çaxıb.

Başqa bir hadisə isə İssık gölünün yaxınlığında olub və peşəkar kameraya çəkilib. Belə ki, Anton Kalaşnikov 2004-cü ilin iyulunda yadplanetlilərin fotoşəkillərini çəkməyi bacarıb. Şəkillər UNO-ya yaxşı bir görünüş verməyə imkan verən peşəkar bir kamerada qeydə alınıb. UNO-lar bu şəkildə gümüşü disklər kimi əks olunub.

Yeri gəlmişkən, Almatıda və ona yaxın ərazilərdə bir ildə 8 dəfə UNO görünmə hadisəsi qeydə alınıb. Almatı sakini Aida Kanturinova əmin edir ki,  2015-ci ilin aprelində yad bir kosmik gəmini daha yaxından görə bilib. Qadın təəccüblə indi də soruşur: “Niyə yad qonaqlar insanlarla təmasa girmirlər?”

 

 

Gununsesi.org