Qazaxıstanda uşaqların sosial media hesabları yaratması qadağan edilə bilər

  • Müəllif: Orxan
  • 21 Yanvar 2026 13:36

Qazaxıstan Mədəniyyət və İnformasiya Nazirliyi 16 yaşdan kiçik uşaqlar və yeniyetmələr üçün sosial mediaya çıxışı məhdudlaşdıran qanun layihəsi hazırlayıb.

Gununsesi.info  xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

Qanun layihələri artıq ekspert rəyindən keçib və ictimai müzakirəyə açıqdır. Hökumətin aydınlaşdırdığı kimi, onların tətbiqi sosial media istifadəçilərinin yaşını yoxlamaq və pozuntulara görə cəzalar tətbiq etmək mexanizmlərinin yaradılmasını əhatə edəcək.

Bundan əlavə, əhali arasında media savadlılığının artırılmasına və müstəqil medianın dəstəklənməsinə xüsusi diqqət yetiriləcək.

Maqsud

Gununsesi.info