Qazaxıstanda vəziyyət sabitləşib

  • By admin
  • 09 Yanvar 2022 10:24

Qazaxıstanın qarşıdurmalar baş vermiş bütün ərazilərində vəziyyət sabitləşib.

Gununsesi.info-nun xəbərinə görə, bunu Qazaxıstanın daxili işlər naziri vəzifəsini icra edən Yerlan Turqumbayev deyib.

“Hazırda ölkədə qayda-qanunun tam bərpası üçün antiterror əməliyyatları davam edir. Bu günə olan məlumata görə bütün vilayətlərdə vəziyyət sabitləşib. Güc strukturları hökumət binalarını azad ediblər. Kommunal obyektlərin fəaliyyəti bərpa olunub” – deyə, Turqumbayev bildirib.

Gununsesi.info