Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev baş nazir vəzifəsinə öz administrasiyasının rəhbəri Oljas Bektenovun namizədliyini irəli sürüb.
Gununsesi.info “RİA Novosti”yə istinadən xəbər verir ki, Tokayev bu barədə məlumatı parlamentin aşağı palatasının plenar iclasında çıxışı zamanı açıqlayıb.
Xatırladaq ki, Tokayev fevralın 5-i hökumətin istefasını qəbul edib.
***
Oljas Bektenov Qazaxıstanın yeni Baş naziri təyin edilib.
Tokayev sözügedən təyinatla bağlı sərəncam imzalayıb.
Gununsesi.info