Qazaxıstanda yeni qanun: Uşaqlara qarşı cinsi cinayət edənlərə bu cəza veriləcək

  • By admin
  • 06 Fevral 2024 16:18

Qazaxıstanda qəbul edilən yeni qanuna əsasən, pedofillərin cinsi orqanı kəsiləcək.

Gununsesi.info xəbər verir ki, qanun deputatların pedofillər üçün dünyada ən sərt cəzalardan biri olan kimyəvi kastrasiyanın kifayət qədər sərt olmadığı barədə şikayətlərini səsləndirdikdən sonra qəbul edilib.

Hakim Əmanət Partiyasının icraçı katibi və parlament üzvü Elnur Beysenbayev hökumətin bu məsələdə “zəiflik göstərdiyini” və “cərrahi kastrasiya”da israr etmədiyi üçün pedofillərə fayda verməyə davam etdiyini söyləyib.

Uşaqlara qarşı cinsi cinayətlərin artdığını bildirən Beysenbayev kişi libidosunu azaltmaq üçün yeridilən antiandrogen kimyəvi kastrasiyanın heç bir faydası olmadığını bildirib.

“Biz təcavüz edənləri azad etməklə geriyə dönə bilən şərait yaradırıq” deyən Beisenbayev əlavə edib ki, cərrahi kastrasiya bəzi qruplar tərəfindən “insan hüquqlarının” pozulması kimi qiymətləndirilir, lakin onlar bunu bütün pedofillərə tətbiq etməyi tövsiyə etmirlər. O, məhkəmələrə cərrahi kastrasiya cəzası təyin etmək variantını təklif etmək istədiklərini bildirib.

Daxili işlər nazirinin müavini İqor Lepixa cərrahi kastrasiyanın “mübahisəli” olduğunu söyləyib.

“Söhbət pedofil cinayətkarların ömürlük həbs edilməsindən gedir, ona görə də o zaman kastrasiya etməyin mənası yoxdur”, – deyə o bildirib.

Gununsesi.info