Qazaxıstanda yenidən etirazlar başladı - VİDEO

Qazaxıstanda prezident Kasım-Jomart Tokayevin yenidən seçilməsi ilə bağlı etiraz aksiyaları başlayıb.

Gununsesi.info xəbər verir ki, bu barədə yerli “Telegram” kanalları məlumat yayıb.

HTML tutorial

Kanallar Astanada insanların 30 dərəcə şaxtaya baxmayaraq mitinqə toplaşmağa başladığını və polis tərəfindən saxlanıldığını iddia edib.

Xüsusilə, “Vlast” nəşri yazıb ki, keçmiş “Meqa” ticarət mərkəzinin ərazisində bir qrup insanın mərkəzə doğru yürüş etməyə çalışıb.

Qeyd edilib ki, aksiya o qədər də kütləvi olmayıb, onu yerli siyasi və iqtisadi hərəkatın üzvləri təşkil ediblər.

Son məlumatlara görə, baş tutmayan mitinqin ərazisində artıq heç kim qalmayıb.

Gununsesi.info