Qazaxıstandakı səfirimiz təltif olundu

  • By admin
  • 15 Dekabr 2017 13:50

Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov bu ölkənin Xarici İşlər Nazirliyinin medalı ilə təltif olunub. 

Gununsesi.info-nun xəbərinə görə, bu barədə modern.az-a Qazaxıstandakı səfirliyimizdən məlumat verilib.

Qazaxıstanın Xarici işlər Naziri Kayrat Abduraxmanovun əmri ilə Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov iki ölkə arasında əlaqələrin gücləndirilməsində mühüm töhfələr verdiyinə görə, “Qazaxıstan Rüspublikasının diplomatik xidmətinin 25 ili” medalı ilə təltif olunub.

Gununsesi.info