Qazaxıstandan Azərbaycan üçün uçuş məhdudiyyəti – SƏBƏBİ

  • By admin
  • 02 Mart 2020 16:48

Qazaxıstan martın 5-dən etibarən koronavirus infeksiyası hallarının qeydə alındığı ölkələrə, o cümlədən Azərbaycana aviareyslərin sayını azaldacaq.

Gununsesi.org məlumatına görə, “Report” “Tengrinews.kz” portalına istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Sənaye və İnfrastruktur İnkişafı nazirinin müavini Berik Kamaliyev hökumətin iclasında bildirib.

“Nur-Sultan-Bakı reysi martın 5-dən etibarən dayandırılacaq. Almatı-Bakı reysini beşdən birə endirəcəyik. Aktau-Bakı reysi yeddidən birə düşəcək. Nur-Sultan-Tokio aviareysi isə ikidən birə endiriləcək”, – B.Kamaliyev deyib.

Onun sözlərinə görə, yuxarıdakı reyslərə martın 1-dən biletləri olan sərnişinlər biletləri aldıqları yerlərə qaytara və ödədikləri pulu tam həcmdə geri ala bilərlər.

Gununsesi.org