Qazaxistandan Azərbaycana arxadan zərbə: NUR-SULTAN İRƏVANA NEFT SATACAQ - MƏLAHƏT İBRAHİMQIZINDAN SƏRT TƏPKİ

 

Qazaxıstan Ermənistana neft və neft məhsulları satacaq.

Gununsesi.org-un Qazaxıstan KİV-lərinə istinadən verdiyi xəbərə görə, dünən paytaxt Nur-Sultan şəhərində Ermənistanın bu ölkədəki səfiri ilə energetika naziri Nurlan Nogayev arasında saziş imzalanıb.

“Ermənistan və Qazaxıstan hökumətləri arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında” Sazişdə nəzərdə tutulur ki, Qazaxıstan Ermənistana neft və neft məhsullarının satışını həyata keçirəcək.

Azərbaycana qardaş olduğunu iddia edən Qazaxıstanın bu addımı isə birmənalı qarşılanmayıb.

Gununsesi.org məsələ ilə bağlı Milli Məclisin üzvü Məlahət İbrahimqızının mövqeyini öyrənib. 

Saytımıza açıqlamasında millət vəkili Azərbaycanın şəhid verdiyi dönəm ərzində Qazaxıstanın bu cür mövqeyinin onda təəccüb yaratdığını deyib:

Dünən qardaş Qazaxstanın Nursultan şəhərində Qazaxstan neftinin və neft məhsullarının Ermınistana satışı ilə bağlı müqavilə imzalanıbdır. Bəlkə, işğalçı Ermənistanın Azərbaycanın Tovuz rayonu ərazisində olan sərhədlərini ağır artileriyası ilə pozaraq təvavüz etməsi və ona yaxın Azərbaycan əsgər və zabitinin şəhid olmasından bixəbərdirlər? Belə bir zamanda qardaş ölkədən belə bir hərəkət gözlənilməzdir. Rəzil vəziyyətdə olan və cəmi 1.5 milyon əhalisi olan Ermənistan bu müqavilə ilə Qazaxstan büdcəsinə görəsən, nə qədər gəlir qazandıracaq? Yəqin ki, işğalçı Ermənistan isə bu nefti Azərbaycsna qarşı həyata keçirdiyi hərbi əməlliyyatlarda tanklar üçün istifadə edəcək. Təsiredici odur ki, Türk Şurasına aid olmayan Pakistan, Belarus və Ukrayna Respublikaları bir mənalı olaraq Azərbaycanı və onun haqq işini dəstəkləyir, çox təəssüf ki, ardaş dediyimiz Qazaxstan məhz yaşadığımız bu gərginliyin vaxtı türk düşmənini enerji ilə təchiz edir”.

 

Nəcəf Cavadsoy

Gununsesi.org