Qazaxıstandan yüksək vəzifəli məmur öldürüldü -Video

  • By admin
  • 07 Yanvar 2022 12:47

Almatıda Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi Sərhəd Xidməti Akademiyasının binası uğrunda atışma gedir.

Gununsesi.info  xəbər verir ki, bu barədə “Sputnik Kazaxıstan” məlumat yayıb.

Bildirilib ki, etiraz aksiyasının iştirakçıları akademiyanın binasını ələ keçirməyə cəhd göstəriblər. Qazaxıstan KİV-lərinin yazdığına görə, Sərhəd Xidməti Akademiyasının rəisi müəssisənin binasına hücum zamanı öldürülüb.

Akademiyanın müdavimləri hücumçulara qarşı mübarizə aparıblar. Yerli mənbələrin yaydığı məlumata görə, müdavimlərə akademiyanın rəisi başçılıq edib və sərhədçi kursantların fəaliyyətini idarə edirmiş.