Qazaxıstanı daha böyük təhlükə gözləyir - Aslan İsmayılov yazır

  • By admin
  • 05 Yanvar 2022 12:45

Qiymət artımı ilə bağlı Qazaxıstanın bir bölgəsində baş qaldıran narazılıq qısa zamanda bütün ölkəni bürüdü, çoxlu sayda iğtişaşlara və dağıntılara səbəb oldu.

Prezident Tokayev xalqdan üzr istədi, son qaz artımını əvvəlki vəziyyətə qaytardı və höküməti tam tərkibdə istefaya göndərdi. Əminəm ki, hadisələr bununla bitməyəcək və Qazaxıstanı daha böyük təhlükələr gözləyir. Ayağa qalxmış xalqı sakitləşdirmək heç vaxt asan olmayıb. Qazaxıstan bizimlə oxşar millət olmaqla yanaşı həm də oxşar idarəetmə üsul idarəsinə malikdir. Orada da hakimiyyət xalqın real maddi vəziyyətini nəzərə almadan istədiyi addımları atırdı və hesab edirdi ki, belə də davam edəcək. Hakimiyyət Azərbaycanda vəziyyətin Qazaxıstandan da mürəkkəb olduğunu anlamalı və son qiymət artımları ilə bağlı önləyici tədbirlərini görməlidir. Hamı bilməlidir ki, bizdə baş verəcək xalq narazılığı heç də Qazaxıstandakı kimi bitməyəcək və daha ağır fəsadları olacaq. Qazaxıstanda vəziyyəti pisləşməsində bir qonşu dövlət maraqlı idisə Vətən Müharibəsindən sonra Azərbaycanı zəif görmək istəyən dövlətlərin sayı hesabı yoxdur. Bura Azərbaycanın Qazaxıstandan fərqli olaraq etnik tərkibin daha da mürəkkəb olduğunu nəzərə alsaq təhlükənin miqyasını görmək olar. Ona görə də hesab edirəm ki, xarici əlaqələr, xüsusilə Qarabağ problemi ilə məşğul olub bütün ölkəni Nazirlər Kabinetinə etibar edən ölkə Prezidenti bu problemlə birbaşa məşğul olmalıdır. Çünki, Nazirlər Kabineti üzvlərinin xalqın problemindən çox öz şəxsi biznesləri, problemləri ilə məşğul olması göz qabağındadır.

Aslan İsmayılov

Gununsesi.info