Qazaxıstanın ən zəngin qadınlarından biri Rusiya vətəndaşlığından imtina edib

Qazaxıstanın ən zəngin qadını Aydan Süleymanova Rusiya vətəndaşlığından imtina edib.

Gununsesi.info Tengrinews.kz-a istinadən xəbər verir ki, müvafiq sənəd Putin tərəfindən imzalanıb.

Aydan Süleymanova Qazaxıstan Xarici İşlər Nazirliyinin ilk rəhbəri Tuleutay Suleymenovun qızı və ən zəngin qazax iş adamlarından biri Daniyar Abulgazinin həyat yoldaşıdır.

Forbes-in məlumatına görə, Süleymanova 4,3 milyard tenge (8,9 milyon dollar) gəlirlə Qazaxıstan reytinqində səkkizinci yerdədir.

O, ADD Invest Properties şirkətinin sahibidir, onun vasitəsilə Kulibayevlər ilə birlikdə Qazaxıstanda bir sıra iri ticarət mərkəzlərini idarə edir.

Bildirilir ki, Ukrayna-Rusiya müharibəsindan sonra ən azı yeddi milyarder Rusiya vətəndaşlığından imtina edib.

Fevral ayında Əlişir Usmanovun keçmiş ortağı, iş adamı Vasili Anisimov Rusiya pasportundan imtina edib.

O, Xorvatiya və Dominikan vətəndaşlığını saxlayıb. Ondan əvvəl bunu “İtera” şirkətinin təsisçisi İqor Makarov, “Freedom Finance” investisiya şirkətinin təsisçisi Timur Turlov (Qazaxıstan vətəndaşlığını almış), DST Global fondlar qrupunun təsisçisi və Mail-in keçmiş həmtəsisçisi ediblər.

Qeyd edək ki, 2023-cü ilin cəmi 9 ayı ərzində 4400-ə yaxın insan Rusiya vətəndaşlığından imtina edib.

 

 

 

Şəbnəm

Gununsesi.info