Qazaxıstanın Almatı şəhərində xüsusi antiterror əməliyyatı keçirilir

  • By admin
  • 06 Yanvar 2022 11:17

Qazaxıstanın Almatı şəhərində Respublika meydanının iğtişaşçılardan təmizlənməsi məqsədilə xüsusi əməliyyat keçirilir.

Gununsesi.info  xəbər verir ki, məlumatı TASS yayıb.

Bildirilib ki, hakimiyyət şəhər sakinlərinə antiterror əməliyyatının keçirilməsi ilə bağlı SMS göndərir.

Qeyd edək ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ölkədə iğtişaş tördənlərin müəyyənləşdirilməsi və onların məsuliyyətə cəlb edilməsi üçün xüsusi istintaq qrupunun yaradılması barədə tapşırıq verib.

Gununsesi.info