Qazaxıstanın ardınca Qırğızıstan da latın əlifbasına keçir

  • By admin
  • 13 Aprel 2017 23:40

Kanybek-Imanaliev

Kirill əlifbası Qırğızıstana texnologiyaları inkişaf etdirməyə mane olur, ölkənin müasirləşməsinin qarşısını alır.

Gununsesi.info-nun knews.kg saytına istinadən verdiyi məlumata görə, bunu Qırğızıstan Parlamentinin deputatı Kanıbek İmanəliyev deyib.

O, kirill əlifbasını Qırğızıstanın əqli irsi adlandırsa da, 2030-2040-cı illərə kimi latın əlifbasına keçidin zəruri olacağını deyib.

Qeyd edək ki, ötən gün Qazaxıstan prezidenti Nursultan Nazarbayev qazax əlifbasının latın qrafikasına keçidi barədə tapşırıq vermişdi.

Gununsesi.info