Qazaxıstanın Bakıdakı səfirliyi soydaşlarına müraciət etdi

  • By admin
  • 18 Mart 2020 14:17

Azərbaycanın qonşu ölkələrlə (Rusiya, İran, Gürcüstan, Türkiyə) dövlət sərhədinin bağlanması, Bakıdan Qazaxıstana uçuşların məhdudlaşdırılması və ləğvi ilə əlaqədar olaraq, bu ölkənin bütün vətəndaşlarına (yaşayış icazəsi olan əcnəbilər/vətəndaşlığı olmayan şəxslər) təcili tədbirlər görərək, 2020-ci il 22 mart tarixinə qədər vətənə qayıtmalarını tövsiyə edirik.

Gununsesi.org bildirir ki, bu barədə Qazaxıstanın Azərbaycandakı səfirliyinin məlumatında ​​bildirilir.

Məlumatda qeyd olunur ki, hazırda Bakı-Moskva-Qazaxıstan marşrutu üzrə uçuşlardan və su yolu ilə Bakı (Ələt) – Aktau (Qazaxıstan) limanından istifadə edə bilərsiniz.

Gununsesi.org