Qazaxıstanın energetika nazirinin sabiq müavini saxlanılıb

  • By admin
  • 15 Yanvar 2022 15:11

Qazaxıstanın sabiq energetika nazirinin müavini Jumabay Karaqayev Maliyyə Monitorinqi Agentliyinin əməkdaşları tərəfindən saxlanılıb.

Gununsesi.info-nun TASS-a istinadən verdiyi məlumata görə, bu barədə agentliyin mətbuat xidməti bildirib.

“Maliyyə Monitorinqi Agentliyinin Manqistau vilayəti üzrə ərazi şöbəsinin istintaq qrupu Qazaxıstan Respublikasının energetika nazirinin (keçmiş) müavini Jumabay Karaqayevi, elektron ticarət platformalarının rəhbərləri və Manqistauda maye neft qazının qiymətlərinin əsassız artırılmasında əli olan şəxsləri saxlayıb”, – məlumatda deyilir.

Məlumata görə, Karaqayev barəsində məhkəmənin qərarı ilə iki ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Xatırladaq ki, bu gün səhər saatlarında 2019-cu ilin sonundan Qazaxıstanın energetika nazirinin müavini vəzifəsində çalışan Jumabay Karaqayev tutduğu vəzifədən azad olunub.

 

Gununsesi.info