Qazaxıstanın hökumət başçısı özünü təcrid etdi

  • By admin
  • 15 İyun 2020 12:46

Qazaxıstanın baş naziri Əsgər Mamin özünü təcrid edib.

Gununsesi.org xəbər verir ki, bu barədə “Sputnik” xəbər yayıb.

Məlumata görə, iki gün əvvəl hökumət başçısı səhiyyə naziri Yeljan Birtanovun müşayiəti ilə Cambul vilayətinə gedib. Dünən isə Y.Birtanov koronavirus diaqnozu ilə xəstəxanaya yerləşdirilib.

Bu səbəbdən baş nazir hökuməti iki həftə distant rejimdə idarə edəcək.

 

 

Gununsesi.org