Bu il aprelin 17-dən başlayan daşqınlar nəticəsində Qazaxıstanın şimalında son 37 il üçün rekord səviyyədə subasma qeydə alınıb, 4 minə qədər insan evini tərk etməyə məcbur olub.
APA-nın “sputniknews.kz” saytına istinadən verdiyi məlumata görə, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin Fövqəladə hallar üzrə komitəsi məlumat yayıb.
Şimali Qazaxıstan vilayətində Sergeyevsk su anbarında su səviyyəsi 3,38 metrə çatıb və 1968-ci ildə istifadəyə verildikdən sonra ən yüksək rekord qeydə alınıb. Esil çayında su səviyyəsinin yüksəlməsi ilə əlaqədar Ayırtausk, Kızıljarsk və Q. Musrepova rayonlarında, o cümlədən Petropavlovskda 380 ev su altında qalıb. Hazırda Kızıljarsk rayonunda 215 ev su altındadır. Daşqınlar nəticəsində Ruzayevk kəndində 100 baş mal-qara tələf olub. İnsanlar arasında xəsarət alanlar yoxdur.
Gununsesi.info