“Qazaxıstanla Rusiya arasında mühüm sazişlər imzalanacaq” - TOKAYEV

  • By admin
  • 10 Fevral 2022 16:10

Qazaxıstanla Rusiya arasında strateji tərəfdaşlıqla bağlı mühüm sazişlər imzalanacaq.

Gununsesi.info xəbər verir ki, bu barədə Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Kremldə Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar zamanı çıxışında bildirib.

“Həqiqətən də, qarşıdakı danışıqların gedişində biz Qazaxıstanın, ümid edirəm ki, hər iki ölkənin strateji maraqlarına həqiqətən də toxunan bir sıra aktual məsələlər ətrafında fikir mübadiləsi aparmağı planlaşdırırıq. Mühüm sazişlər imzalanacaq. Ümumiyyətlə, strateji qarşılıqlı fəaliyyətimizdə, müttəfiqlik münasibətlərimizdə konkret nəticələrə nail olmağa qərarlıyıq. İnanıram ki, burada biz istədiyimiz nəticələrə nail olacağıq”, – deyə Tokayev vurğulayıb.

 

 

Gununsesi.info