Qazaxstan prezidenti oktyabrın 12-də Azərbaycana rəsmi səfərə gələcək - EKSKLÜZİV

  • By admin
  • 22 Sentyabr 2016 11:30
nazarbayev
Qazaxstan prezidenti Nursultan Nazarbayevin Azərbaycana rəsmi səfərinin tarixi dəqiqləşdi.
Bu barədə Gununsesi.info-ya Qazaxstanın Azərbaycandakı səfirliyindən bildirilib.
Səfirlikdən bildirilib ki, Qazaxstan prezidenti Nursultan Nazarbayev Azərbaycana rəsmi səfəri oktyabrın 12-də reallaşacaq. Səfər tarixi bəlli olsa da, hazırda  səfər proqramı və imzalanacaq sənədlər üzərində iş gedir.  Hazırda  Astanada  13-cü  Qazaxstan-Azərbaycan Hökumətlərarası Birgə Komissiyanın iclası keçirilir. Bu iclasda iki ölkə arasında iqtisadi-ticari, kənd təsərrüfatı, logistika, enerji, elm və texnika, humanitar sahədə əməkdaşlığın gələcək inkişaf perspektivləri ilə yanaşı,  Qazaxstan prezidentinin Azərbaycana səfəri zamanı imzalanacaq sənədlər də müzakirə olunacaq.
Qazaxstan prezidenti Nursultan Nazarbayev  Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə təkbətək və  nümayəndə heyətinin iştirakı ilə geniş tərkibdə görüşü keçiriləcək. Görüşün yekunu olaraq  dövlət başçılarının mediaya birgə bəyanatı səslənəcək və onların sualları cavablandırılacaq.
 N. Nazarbayevin Bakıda digər rəsmilərlə  də görüşü nəzərdə tutulur.
Mürtəza Bünyadlı
Gununsesi.info