Qazaxstandan “Vladimir Solovyovla axşam” verilişində səsləndirilən nasizm iddiasına REAKSİYA -YENİLƏNİB+VİDEO

Qazaxıstan xarici işlər nazirinin müavini Roman Vasilenko “Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” siyasi tok-şousunda ölkəsi ilə bağlı səslənən fikirləri kəskin şəkildə pisləyib.

“Ekspert ölkəmizdə nasizm proseslərinin mövcudluğundan danışıb. Bəhs olunan nasizm prosesləri ilə qarşılaşmısınızmı?”, – deyə jurnalist Vasilenkoya sual ünvanlayıb.

HTML tutorial

“Təbii ki, mən heç vaxt nasizm prosesləri ilə rastlaşmamışam, çünki onlar bizim ölkədə sadəcə olaraq yoxdur. Bu cür bəyanatlara gəlincə, dövlət başçısı, Xarici İşlər Nazirliyinin rəhbərliyi, dövlətimizin digər vəzifəli şəxsləri, o cümlədən Parlamentin palatalarının spikerləri artıq bir neçə dəfə bu cür bəyanatlar barədə fikir bildiriblər.

Hesab edirik ki, birincisi, bunlar Rusiya Federasiyasının rəsmi mövqeyini əks etdirmir. İkincisi, Qazaxıstanla Rusiya arasında ənənəvi sıx əlaqələrə xələl gətirir. Üçüncüsü, federal kanallardan birində belə mövqelərin səsləndirilməsinə Rusiya Federasiyasının hakimiyyət orqanları tərəfindən reaksiya verilməlidir”, – deyə Vasilenko qeyd edib.

Xarici İşlər Nazirliyinin bu məsələ ilə bağlı Rusiya səfirini çağırıb-çağırmayacağına dair suala cavabında Vasilenko hazırda belə bir məlumata malik olmadığını bildirib.

Mənbə: Tengrinews.kz

12:54

Rusiyalı teleaparıcı Vladimir Solovyovun “Rossiya 1” telekanalında yayımlanan “Vladimir Solovyovla axşam” siyasi tok-şousunda artıq “Qazaxıstana keçid etmək” təklif olunub.

Bu barədə şouda iştirak edən təbliğatçılardan biri deyib.

O bildirib ki, Ukraynadan sonra “Qazaxıstandakı problemləri həll etmək lazımdır”.

“Çünki orada çoxlu faydalı qazıntılar var və orada çoxlu rusiyalı yaşayır”, – deyə təbliğatçı fikrini əsaslandırıb.

Gununsesi.info